“Modi buna məni əmin etdi” – Donald Trampbackend

“Modi buna məni əmin etdi” – Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Baş naziri Narendra Modi ölkəsinin bundan sonra Rusiya neftini almayacağına ABŞ Prezidenti Donald Trampı əmin edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

“O, bu gün məni Rusiyadan neft almayacağına əmin etdi. Bu, mühüm addımdır. İndi mən Çini də bunu etməsinə inandırmalıyam”, – deyə Tramp vurğulayıb.

Amerika liderinin sözlərinə görə, alışların dayandırılması dərhal baş verməyəcək, lakin proses tezliklə başa çatacaq.

Tramp nəzərə çatdırıb ki, Hindistanın Rusiya neftini alması “Moskvaya artıq bir milyon yarım insan itirdiyi bu mənasız müharibəni davam etdirməyə imkan verir”.

Xatırladaq ki, bundan öncə ABŞ Maliyyə Nazirliyi G7 və Avropa İttifaqı üzrə müttəfiqlərini Çin və Hindistandan Rusiya neftinin alınmasını dayandırmaq üçün məhsullara “əhəmiyyətli tariflər” tətbiq etməyə çağırıb.

Xatirə SADİQ