Azərbaycanın dövlət borcu nə qədərdir?backend

Azərbaycanın dövlət borcu nə qədərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci il 1 iyul vəziyyətinə Azərbaycanın dövlət borcunun (xarici vədaxili) ümumi məbləği 25695,6 milyon manat ekvivalentində və ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizini təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin tərtib etdiyi “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.

Bildirilib ki, ümumi dövlət borcunun 8518,2 milyon manatı (5.010,7 milyon ABŞ dolları) vəya 33,2 faizi xarici dövlət borcunun (ÜDM-in 6,5 faizi), 17177,4 milyon manatı vəya 66,8 faizi daxili dövlət borcunun (ÜDM-in 13,1 faizi) payına düşür.

2025-ci il 1 yanvar tarixinəolan göstərici ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə119,0 milyon ABŞ dolları (202,3 milyon manat) və ya 2,3 faiz, ÜDM-ə nisbəti isə 0,4 faiz bəndi azalıb.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc portfelinin 49,3 faizini, sabit dərəcə ilə olanlar isə 50,7 faizini təşkil edib. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,0 faizi isə10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Qeyd olunan tarixə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) –3,4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə–85,1 faiz, avro –6,5 faiz, yapon yeni –3,3 faiz, digər valyutalar –1,7 faiz.

Daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə1.482,3 milyon manat vəya 7,9 faiz azalıb. 2025-ci ilin 1 iyul tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə1,7 faiz bəndi azalıb. Daxili dövlət borcunun 46,7 faizini dövlət qiymətli kağızları, 53,3 faizini isə 2023-cü ilin sonundan etibarən dövlət borcuna aid olan “Aqrarkredit” QSC BOKT-un dövlət zəmanətli borcu təşkil edir. Dövlət qiymətli kağızlarının 12,9 faizi 1 illik, 57,0 faizi 2 və3 illik, 30,1 faizi isə5 il vədaha artıq müddətli qiymətli kağızların payına düşür.