Tovuzdakı dəhşətli qətlin TƏFƏRRÜATI: arvadını öldürüb, intihar etdi – VİDEObackend

Tovuzdakı dəhşətli qətlin TƏFƏRRÜATI: arvadını öldürüb, intihar etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda həyat yoldaşını qətlə yetirən şəxs intihar edib.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə qətl törədən 29 yaşlı Səbuhi Hacızadənin kənd ərazisindən ağacdan asılmış vəziyyətdə meyiti tapılıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

***14:00

Tovuzda kişinin həyat yoldaşını qətlə yetirməsinin detalları üzə çıxıb.

NOCOMMENT.az qərb bürosunun məlumatına görə, qətli törədən 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə son 4 ay ərzində Monteneqroda imiş.

O, ötən gün yaşadığı Tovuz rayonun Əyyublu kəndinə gəlib. Bu gün isə S.Hacızadə həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadəni atası evində bıçaqlayaraq qətlə yetirib.

Cütlüyün 3 az yaşlı oğulları var.

Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, S.Hacızadə qətli törətdikdən sonra video paylaşaraq əməlini etiraf edib.