FHN-in tenderində qalib olan şirkət görün kimindirbackend

FHN-in tenderində qalib olan şirkət görün kimindir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən müxtəlif diaqnostik aparat, mexanizm və çəki cihazlarının təmiri ilə bağlı keçirdiyi tenderin qalibi məlum olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, “JBA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti müsabiqənin qalibi seçilib. Qurum şirkətlə 185.437 manat dəyərində müqavilə bağlamağa hazırlaşır.

Şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, MMC-nin qanuni təmsilçisi Süleyman Süleymanov Məmməd oğludur.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovdur.