Gəncədə qadın yol qəzasında xəsarət alıb.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Bağman adlanan ərazisində baş verib.
Belə ki hərəkətdə olan yük maşını yolun kənarında dayanan 1986-cı il təvəllüdlü T.Abdıyevanı vurub. Piyada xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.