AP: Tramp administrasiyası Rusiyaya qarşı yeni qanun layihəsini yaxından izləyirbackend

AP: Tramp administrasiyası Rusiyaya qarşı yeni qanun layihəsini yaxından izləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev administrasiyası ABŞ Konqresinin Senatında baxılmaqda olan və Rusiyaya qarşı sərtləşdirici tədbirlər nəzərdə tutan qanun layihəsinə diqqətini artırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, son həftələrdə Ağ Ev nümayəndələri sözügedən qanun layihəsinə “artmış maraq” göstərirlər.

Məlumata əsasən, administrasiya nümayəndələri sənədi ətraflı şəkildə öyrənir, bəzi texniki dəyişikliklərin və dəqiqləşdirmələrin edilməsini təklif edirlər. AP yazır ki, bu, Konqres üzvlərinin fikrincə, prezident Donald Trampın qanun layihəsinə qarşı daha ciddi mövqe nümayiş etdirdiyini göstərir.

Adının açıqlanmasını istəməyən administrasiya rəsmisi bildirib ki, qanun layihəsi “prezidentin xarici siyasət məqsədlərinə xidmət etməli” və ona “qərar qəbulunda maksimum hərəkət azadlığı” təmin etməlidir.