Bakıda binaları qurd basdı – Videobackend

Bakıda binaları qurd basdı – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonu, General Şıxlinski ünvanında binaları qurd basıb.

NOCOMMENT.az İTV-yə istinadən xəbər verir ki, sözügedən ünvanda yaşayan sakinlərin sözlərinə görə, binaların həyətlərində və bloklarında həşəratlar var.

İş o yerə çatıb ki, bu həşəratlar pəncərələrdən evlərə də daxil olublar.

Müxtəlif qurumlara və ərazi mənzil istismar sahələrinə məlumat verilsə də, üç aydan çoxdur, nəticə ala bilmirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən ünvandan birliyə heç bir müraciət daxil olmayıb. Əraziyə baxış keçiriləcək və mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılacaq.

O da qeyd edilib ki, problem mövsümi xarakter daşıyır.