Təyyarə Bakıya TƏCİLİ ENİŞ ETDİ – SƏBƏBbackend

Təyyarə Bakıya TƏCİLİ ENİŞ ETDİ – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzbekistan Airways” aviaşirkətinə məxsus, İstanbul-Ürgənc marşrutu üzrə uçan təyyarə göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib.

NOCOMMENT.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən verdiyi məlumata görə, “Airbus A320” tipli hava gəmisinin kapitanı Bakı hava limanına məcburi eniş üçün sorğu göndərib. Təyyarə yerli vaxtla saat 17:26-da uğurla eniş edib.

Hadisə ilə bağlı dərhal tibbi xidmət heyəti əraziyə cəlb olunub və sərnişinə ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə və təxirəsalınmaz hallarda operativ reaksiya vermək imkanına malikdir və sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq standartlara uyğun prosedurları həyata keçirir.