Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Kirants qəsəbəsinə səfər edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Paşinyan və İctimai Şuranın üzvləri Ermənistanla Azərbaycan arasında demarkasiya olunmuş dövlət sərhədinin Kirants ərazisini ziyarət edib.
Növbəti dayanacaq yeni tikilmiş Q.Vardanyan adına ibtidai məktəb olub.












