Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Bu barədə NOCOMMENT-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.
Sentyabrın 27-dən oktyabrın 7-si saat 05:30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
– 250-dək tank və digər zirehli texnika;
– 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
– 60-dək hava hücumundan müdafiə vasitələri;
– 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
– 8 silah-sursat anbarı;
– 150-dək avtomobil texnikası;
– 1 ədəd S-300 zenit-raket kompleksi.