“Kubinka”dakı tarixi binada təhlükəli vəziyyət: “Taxtalar qopub yerə tökülür” – FOTObackend

“Kubinka”dakı tarixi binada təhlükəli vəziyyət: “Taxtalar qopub yerə tökülür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi, 7/19 ( keçmiş “Kubinka” ərazisi) ünvanında yerləşən tarixi bina təhlükəli vəziyyət yaradıb.

NOCOMMENT.az xəbər verir ki, oxu.az-a daxil olan müraciətdə bildirilib ki, sözügedən binanın taxta örtükləri qopub yerə tökülür.

Müraciətdə qeyd olunub ki, binanın restavrasiyası nəzərdə tutulub, lakin hazırda yaranan təhlükəli vəziyyət sakinlərin narazılığına səbəb olub.

Belə ki, aidiyyəti üzrə edilən müraciətlərə baxmayaraq, binada restavrasiya olunana qədər təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində hər hansı iş aparılmır.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tarixi binada təhlükəli vəziyyət yarandığından Bakı Şəhər Əsaslı Təmir Tikinti idarəsindən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinə müraciət olunub. Sonuncu qurum tərəfindən baxış keçirildikdən sonra müvafiq rəyi əsasında Lazımi tədbirlər həyata keçiriləcək.