İsveçrənin ikinci ən böyük şəhəri hesab edilən Cenevrədə hərrac keçirilib.
NOCOMMET.az xəbər verir ki, Fransa imperatoru I Napoleon Bonaparta məxsus brilyant broş ( bəzəkli sancaq, “broşka”) Cenevrədə keçirilən hərracda təxminən 4,4 milyon dollara satılıb.
Əşya ilkin qiymətindən 17 dəfə baha satılıb. Hərrac “Sotheby’s” hərrac evində keçirilib.
Lotun ilkin olaraq 150.000-200.000 dollar arasında qiymətləndirilib. Qeyd edək ki, almaz broş 19-cu əsrin əvvəllərində hazırlanıb. Bu, 13,04 karat ağırlığında oval formalı almazdır. Yan tərəflər müxtəlif formalı və ölçülü yüzə yaxın brilyantla bəzədilib.
Hərrac evi izah edib ki, bu unikal parça təxminən 1810-cu ildə Napoleon üçün yaradılıb, “ehtimal ki, onun ikibuynuzlu papağını xüsusi günlərdə bəzəmək üçün Paris atelyesində yaradılıb”.
Vaterloo döyüşündə məğlub olduqdan sonra qaçarkən Napoleon tərəfindən unudularaq qalıb .Daha sonra digər əşyalarla birlikdə Vaterloo döyüşündən cəmi üç gün sonra, 21 iyun 1815-ci ildə Prussiya kralı III Frederik Uilyam müharibə qəniməti kimi təqdim edildi. Prussiya kralı III Fridrix Vilhelmdən sonra uzun müddət Hohenzollern sarayında saxlanılıb. Son bir neçə ildir şəxsi kolleksiyadadır.

Əntiqə Rəşid













