Bakı metrosunda təhlükəli anlar: TÜSTÜLƏNMƏ oldu – GİRİŞ-ÇIXIŞ BAĞLANDI / VİDEObackend

Bakı metrosunda təhlükəli anlar: TÜSTÜLƏNMƏ oldu – GİRİŞ-ÇIXIŞ BAĞLANDI / VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metronun “Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

“Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışının istifadəyə veriləcəyi bildirilib.

***

Metroda tüstüləmə olub.

NOCOMMENT.az xəbər verir ki, tüstüləmə “Cəfər Cabbarlı” stansiyasında baş verib.

Belə ki, stansiyada tüstü müşahidə edilib.

İlkin ehtimala görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.