Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna kəşfiyyat xidmətlərinin Moskvadakı Troekurovskoye qəbiristanlığında həyata keçirməyi planlaşdırdığı yüksək rütbəli rusiyalı məmurun qətlinin qarşısını aldığını bəyan edib.
NOCOMMENT.az bu barədə RBC telekanalına istinadən xəbər verir.
FTX-nin məlumatına görə, Kiyev qətli planlaşdırmaq üçün dörd nəfəri, o cümlədən Mərkəzi Asiyadan olan miqrantı cəlb edib. Digər iki nəfər isə narkotik aludəçiliyinə görə əvvəllər məhkum olunmuş Rusiya vətəndaşlarıdır.
Hər ikisi Moskvada saxlanılıb. Dördüncü şübhəli şəxs Kiyev sakini, 1979-cu il təvəllüdlü Cəloliddin Kurbanoviç Şamsovdur. Rusiya hüquq-mühafizə orqanları onu qətl törətdiyinə və qanunsuz silah dövriyyəsinə görə axtarırdılar.
Saxlanılan narkomanlardan biri qadındır. FTX tərəfindən yayımlanan videoyazıda narkoman qadın “metadona görə Moskvaya səfər etməyi və iş görməyi təklif edən Ruslanla necə görüşdüyündən” danışıb.
FTX-nin məlumatına görə, qətlin hazırlanması zamanı güldan altında gizlədilmiş, uzaqdan idarə etmək və xaricə məlumat ötürmək qabiliyyətinə malik videokameradan istifadə edilib.
“Ərimi götürdüm və yola düşdük. Metronun “Rumyantsevo” stansiyasında bir kişi bizə güldanla yaxınlaşdı. Dedi ki, Ruslandandır. O da dedi ki, qəbiristanlığa getməliyik”, – qadın danışıb.
Onun sözlərinə görə, o, əri ilə taksi çağırıb və deyilən yerə gedib. Bundan sonra “Ruslanın adamı” kişiyə vazanı götürüb irəli getməyi əmr edib, özü isə arxadan onları izləməli imiş.
“Həyat yoldaşımla gedəndə Ruslan bizə zəng etdi və artıq hansı məzara getməli olduğumuzu istiqamətləndirdi. Biz getdik, [güldanı] qoyduq və çıxışa doğru geri qayıtdıq”, – qadın deyib.
Bundan sonra əri hadisə yerinə qayıdıb, çünki ona vazadakı kameranı düzəltməyi tapşırıblar və onlar evə gedərkən saxlanılıblar.
Qadının əri də oxşar versiyanı danışıb, amma iddia edib ki, “Ruslanın adamına” avadanlığı düzəltməyə kömək edərkən təkcə kameranı deyil, naqilləri də görüb. Kişi qayıdanda “Ruslanın adamı” deyilən şəxs qəbiristanlıqda olub. Qadının əri etiraf edib ki, o anda vazada partlayıcı qurğu olduğunu ehtimal edib.
Güc qüvvələri saxlanılanların rabitə cihazlarını müsadirə edib və onların mesencerlərində Ukrayna xüsusi xidmətinin əməkdaşı ilə yazışmalarını tapıb.
FTX bəyanatda qeyd edib ki, Kiyev “Qərb kəşfiyyat orqanlarının göstərişi ilə hərəkət edərək Rusiyanın digər bölgələrində də oxşar cinayətlər hazırlayır”.
Xatirə SADİQ













