Dünyanın ən populyar onlayn mesajlaşma tətbiqi WhatsApp, sabahdan etibarən bir çox köhnə tarixli smartfonlara yeniləmə dəstəyi verməyi dayandıracaq.
NOCOMMENT.az manset.az-a istinadən xəbər verir ki, tətbiqə əlavə edilən son xüsusiyyətlərin, köhnə telefonlarda aparat çatışmazlığı səbəbindən istifadə çətinliklərinə yol açdığını bildirən şirkət, son yeniləməsi ilə 2016-cı ildə buraxılan smartfonları dəstək xaricində qoyacaq. Bu telefonlar ilkin mərhələdə yeniləmə dəstəyi ala bilməyəcək, müəyyən bir müddət sonra isə yeniləmə edilə bilmədiyi üçün tamamilə WhatsApp-a daxil olmaq mümkün olmayacaq.
Bu dəyişiklikdən yüzlərlə telefon modelinin təsirlənməsi gözlənilir, yeniləmə dəstəyi dayandırılacaq ən populyar cihazlar isə aşağıdakı kimidir:
Android
– Huawei Mate 9 Pro
– Samsung Galaxy S7
– Xiaomi Mi Note 2
– HTC 10 evo
– Sony Xperia XZ
– Xiaomi Mi 5 Pro
– Samsung Galaxy C9 Pro
iOS
– iPhone 6
– iPhone 6s









