Nazirlik bu proqramlar üzrə pulsuz təlimlər keçirəcəkbackend

Nazirlik bu proqramlar üzrə pulsuz təlimlər keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT LAB Tətbiq və Tədris Mərkəzinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə şanlı ordumuzun zəfərlərini tərənnüm etmək məqsədilə məktəbli və tələbələr üçün “AREA Mən Pilotam”, “AREA Helikopter Mühəndisliyi”, “AREA Robotexnika” təlimləri keçiriləcək.

NOCOMMENT-ə daxil olan məlumata görə, 18 oktyabr tarixinə qədər qeydiyyatdan keçən hər kəs təlimlərdə tam ödənişsiz iştirak edə bilər.

İlk ay nəzəri biliklərin öyrənilməsi onlayn rejimdə keçiriləcək. Sonrakı aylarda mərkəzdə praktiki dərslər təşkil olunacaq.

Proqramlar: 

Mən Pilotam – https://www.robot.org.az/i-am-pilot-drone 

Helikopter Mühəndisliyi – https://www.robot.org.az/helicopter 

Robotexnika – https://www.robot.org.az/robotexnika-1

18 oktyabra qədər ödənişsiz qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçmək lazımdır. https://forms.gle/ZbLDrU3nUpX4W9Uv6