Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.
NOCOMMENT.az-ın bölgə müxbirinin məlumatına görə, qəza Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.
“BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, 2 nəfər isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.















