Məşhur jurnalistdən SENSASİON AÇIQLAMA: “Ukrayna ordusunun 800 minə qədəri…backend

Məşhur jurnalistdən SENSASİON AÇIQLAMA: “Ukrayna ordusunun 800 minə qədəri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı jurnalist Olqa Skabeyeva iddia edib ki, “xüsusi hərbi əməliyyatdan” əvvəl 250 min olan Ukrayna ordusunun hazırda 800 min nəfərə çatması fonunda Kiyevin Donald Trampın planında ordunun sayını 800 minə endirməyə razı olması “məntiqsiz görünür”.

NOCOMMENT.az xəbər verir ki, Skabeyeva Telegram kanalında Financial Times-ın yayımladığı məlumata münasibət bildirərək yazıb:

“Kiyev Donald Trampın planına razılıq verib. Səslənən bu xəbər sensasiya kimi görünür. Amma incə məqamlar ortaya çıxır: Ukrayna — və bu, Moskvanın tanış olmadığı yeni sənədin bəndlərindən biridir — ordusunun sayını 800 min nəfərlə məhdudlaşdırmağa razıdır. Bu, absurddur: çünki Ukrayna ordusu indi də 800 min nəfərdir. “Demilitarizasiya” 24 fevral 2022-ci ildə başladı, o vaxt ordunun sayı 250 min idi. İndiki 800 min Moskvanı təbii ki, qane edə bilməz. Bu, açıq-aşkar provokasiyadır”.

Skabeyeva bildirib ki, Kiyevin bu şərtə razılığı “qeyri-ciddi” görünür və Rusiyanın maraqlarına uyğun gəlmir.