ABŞ rəsmiləri hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Donetsk vilayətini danışıqlar masasında və ya hərbi yolla nəzarətə götürmək imkanına sahibdir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə CBS News öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbə Ukraynanın Donbasdakı müharibəni uduzub-utuzmadığı barədə birbaşa rəy bildirməkdən imtina edib. Lakin kanalın məlumatına görə, ABŞ kəşfiyyatı döyüşlərin hazırkı dinamikasının Rusiyanın Donetsk vilayətini ələ keçirməsi ehtimalını gücləndirdiyini düşünür.
“Döyüşlərin trayektoriyası Rusiyanın Donetsk üzərində tam nəzarətə doğru irəlilədiyini göstərir”, – deyə mənbə bildirib.
ABŞ rəsmiləri qeyd edir ki, Kreml ya hərbi təzyiq nəticəsində, ya da sülh danışıqları zamanı əldə edəcəyi razılaşma ilə bölgəni nəzarət altına almağa çalışır. Hazırda Donetsk bölgəsində ağır döyüşlər davam edir, Ukrayna isə müdafiə xəttini saxlamaqda ciddi çətinliklərlə üzləşir.
Rəsmi Kiyev hələlik bu məlumatlara münasibət bildirməyib.













