Qondarma Qarabağ “nümayəndəliyi” müsadirə edilir – Separatçıların gizli mərkəzi ifşa olunurbackend

Qondarma Qarabağ “nümayəndəliyi” müsadirə edilir – Separatçıların gizli mərkəzi ifşa olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş Prokurorluğu qondarma Qarabağ rejiminin İrəvandakı “nümayəndəlik” binasının müsadirəsi ilə bağlı məhkəməyə iddia qaldırıb. İlk məhkəmə prosesi 2026-cı ilin mayında keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, özünü “qondarma rejimin naziri” adlandıran Njde İskandaryan bunu “təzyiq” kimi təqdim etsə də, rəsmi qurumlar binanın uzun illər bölgədə separatçı fəaliyyətlərin, qanunsuz silahlı dəstələrin və etnik təmizləmə siyasətinin koordinasiya olunduğu mərkəz olduğunu bildirir.

Qeyd edək ki, Azərbaycan tərəfi artıq qondarma rejimin keçmiş rəhbərləri — Araik Arutyunyan, Bako Saakyan və digər separatçıları istintaqa cəlb edib.

Rəsmi Bakı vurğulayır ki, Qarabağda törədilmiş cinayətlər bağışlanmır və hər bir hərbi cani gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcək.