Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma var. Bunu erməni politoloq Benyamin Matevosyan deyib. Eskspert Azərbaycanın əsas hissəsi ilə eksklavı Naxçıvanı birləşdirəcək dəhlizin üç il ərzində işə düşəcəyini bildirib. Maraqlıdır, 2028-ci il tarixinin göstərilməsi nə dərəcədə real planlaşdırmadır?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev də qeyd olunan tarixlə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmanın əsas bəndlərindən biri məhz Zəngəzur dəhlizi/Trip marşrutunun açılması ilə bağlıdır:

“Azərbaycan Prezidenti də vurğulayıb ki, yeni dəhlizin 2028-ci ilə qədər istifadəyə verilməsi mümkündür. Böyük ehtimalla, Ermənistanın ABŞ investisiyası hesabına yolun tikintisini tamamlaması bu tarixə real görünür.”
Ekspertin sözlərinə görə, həm Azərbaycan, həm Ermənistan, həm də əsas investor kimi ABŞ-ın prosesə cəlb olunması göstərilən müddətdə dəhlizin işə düşməsi ehtimalını gücləndirir:
“Bu marşrutun açılması Azərbaycanla Naxçıvan arasında, eləcə də Naxçıvandan geriyə qarşılıqlı gediş-gəlişi təmin edəcək.”
Beləliklə, 2028-ci ilin real plan kimi göstərilməsi tərəflərin hazırkı siyasi iradəsi və beynəlxalq dəstək fonunda mümkün hesab olunur.













