Böyük Britaniyanın Baş Naziri Kir Starmer Sky News-ə verdiyi açıqlamada bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski sülh planının böyük hissəsini qəbul etməyə hazır olduğunu göstərib.
Starmer bunu “koalisiya görüşü” zamanı qeyd edib və Ukraynanın plan üzrə bəzi konstruktiv dəyişikliklər təklif etdiyini əlavə edib, lakin detallar açıqlanmayıb.
NOCOMMENT.az xəbər verir ki, Starmer həmçinin Britaniyanın yaxın həftələrdə Ukraynaya daha çox hava hücumundan müdafiə raketləri göndərəcəyini bildirib.
Baş nazir həmçinin dünya liderlərini Rusiyaya qarşı təzyiqi artırmaq üçün enerji təchizatını tam dayandırmağa çağırıb və koalisiya üzvlərini Ukraynada potensial sülhməramlı əməliyyata verdikləri öhdəlikləri təsdiqləməyə çağırıb.













