Nərimanovda qorxulu anlar – Sakinlər yaşadığı dəhşətdən danışdı – VİDEObackend

Nərimanovda qorxulu anlar – Sakinlər yaşadığı dəhşətdən danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nərimanov rayonunda fərdi yaşayış evində yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə 2-ci Şimal Şitilliyi küçəsində qeydə alınıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.