8500 abonentin qazı kəsiləcəkbackend

8500 abonentin qazı kəsiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 8500 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib. Şəhərin 9, 10, 11, 12, 17 və 18-ci mikrorayonlarının bir hissəsində yerləşən D150 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar həmin ərazilərdə yaşayan 8500 abonentin qaz təchizatı bu gün saat 14:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək