Rusiya ABŞ-nin sülh planını belə əldə edib – Uşakovdan açıqlamabackend

Rusiya ABŞ-nin sülh planını belə əldə edib – Uşakovdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-ın Ukraynadakı müharibənin nizamlanması ilə bağlı təklif etdiyi sülh planının bir neçə variantını qeyri-rəsmi yollarla əldə edib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə prezidentin köməkçisi Yuri Uşakov jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi sənəd Moskvaya təqdim olunmayıb.

“Rəsmi heç nə yoxdur, amma müəyyən sənədlər var,” – deyə Uşakov qeyd edib.

Diplomat vurğulayıb ki, Moskvanın əlində bir neçə müxtəlif sənəd mövcuddur və bəzi məsələlərdə hətta çaşmaq da mümkündür.