Sumqayıtda mülk problemi münaqişəyə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, belə ki, 4-cü mikrorayon sakini Gülzar Şamilovanın sözlərinə görə, qardaşı oğlu Şünasi Şamilov ona məxsus olan evdən çıxmır.
O, bildirib ki, bu ev onun valideynlərinə məxsusdur və vaxtilə bacısı, qardaşı və özü burada qeydiyyatda olublar. Artıq sözügedən şəxslər vəfat ediblər və o, hazırda fiziki məhdudiyyətli bacısına qulluq edir.
Gülzar Şamilovanın məlumatına əsasən, rəsmi sənədlərdə adı olmasa da, qardaşı oğlu ilə birlikdə bu evdə qalırlar. Evi satıb, pulunun bir hissəsini ona verməyi təklif etsə də, qarşı tərəf bununla razılaşmır.
Sözügedən şəxs Şünasi Şamilov isə iddiaları təkzib edib və burada yaşamaq hüququnun olduğunu bildirib.
Ətraflı Real TV-nin süjetində:













