Noyabrın 28-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində çətinliklərin yaranması mümkündür.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azercell Telekom”un yaydığı məlumatda bildirilib.
Amma bu çətinliklərin nə qədər davam edəcəyi və təkmilləşdirmə işlərinin nə vaxt bitəcəyi açıqlanmayıb.
Qeyd edək ki, “Azercell” xidmət keyfiyyətinin daha da artırılması adı ilə mütəmadi olaraq təkmilləşdirmə işləri aparır və hər dəfə sözügedən çətinliklərin yaranması qaçılmaz olur.












