Krım partlayışının detalları açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, Rostovda yerləşən Cənub Hərbi Dairə Məhkəməsi Krım körpüsündə törədilən terror aktı ilə bağlı səkkiz nəfəri təqsirli bilib.
Onlardan üç erməni – Artyom və Qriqori Azatyan, eləcə də yük maşını sürücüsü Artur Terçanyan ömürlük həbs cəzasına məhkum olunub.
Onlara terror aktının təşkili, həmçinin qanunsuz silah və partlayıcı maddə dövriyyəsi ittihamları irəli sürülüb. Bundan əlavə, Roman Solomko və Artur Terçanyana partlayıcı qurğuların qaçaqmalçılığı ittihamı da verilib.
İstintaqın versiyasına görə, partlayıcı qurğu Ukraynada hazırlanaraq tikinti plyonkası bükülmüş rulonlar arasında gizlədilmiş şəkildə Krım körpüsünə gətirilib.
Əməliyyatın hazırlanmasında Ukrayna, Ermənistan və Gürcüstan vətəndaşlarının iştirak etdiyi, təşkilatçının isə Ukrayna vətəndaşı Andrey Şaraşidze olduğu bildirilir.













