Bu ölkədə çoxuşaqlı analara əməkhaqqı verilməsi təklif olunurbackend

Bu ölkədə çoxuşaqlı analara əməkhaqqı verilməsi təklif olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Kommunist Partiyasından olan Dövlət Dumasının deputatları və senator Ayrat Gibatdinov beş və daha çox uşağı olan qadınlara ən azı minimum əmək haqqı məbləğində “analıq maaşı” verilməsini təklif ediblər. Müvafiq sənəd Rusiya hökumətinə təqdim olunub.

NOCOMMENT.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Təşəbbüsə əsasən, “maaş” son üç uşağın ən böyüyü 18 yaşına çatana qədər ödəniləcək.

“Bu təşəbbüsün həyata keçirilməsi üçün əlavə federal vəsait tələb olunacaq. Lakin biz bu xərcləri strateji hesab edirik. Bu, demoqrafik təhlükəsizliyə və Rusiyanın gələcəyinə investisiyadır”, – Dövlət Dumasının deputatı Aleksey Kurinni şərh edib.

Bundan əvvəl bir qrup LDPR deputatı hamilə qadınların və çoxuşaqlı ailələrin uzaqdan işləmək hüququnun təsbit edilməsinə çağırıb.