Sürət həddi müəyyən edilsə də, məhəl qoyulmur – VİDEObackend

Sürət həddi müəyyən edilsə də, məhəl qoyulmur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taleh Cəfərov Qaraqoyunlu kənd sakinidir. Bir müddət öncə Anası Nazilə Mirzə qızı Cəfərova kənd ərazisində avtomobil vurması nəticəsində dünyasını dəyişib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə magistral yoldan kəndə dönmək istəyən avtomobilə arxadan sürətlə gələn maşının çırpılması nəticəsində baş verib. Sakinlər deyirlər ki, bu cür hallar bu ərazidə tez-tez baş verir.

Magistral yolun Azadqaraqoyunlu kəndinin içərisindən keçən 3 kilometrlik hissəsində həm sürət həddini bildirən, həm də ötmə əməliyyatını qadağan edən düz xətt nişanı çəkilib. Sürət həddinə əməl olunmaması səbəbindən baş verən ağır qəzada xəsarət alanlardan biri də kənd sakini Qamət İsbəndərovdur.

Sakinlər iddia edirlər ki, dəfələrlə mal-qara və insan tələfatına səbəb olan qəzaların qarşısının alınması üçün əraziyə radar qoyulmasına ehtiyac var. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Xəzər Xəbər”ə bildirildi ki, həmin yolda yaxın zamanlarda radar qurğularının quraşdırılması işi yekunlaşdırılacaq. Sakinlərin istəkləri təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.