Samuxda iki nəfər dəm qazından zəhərlənib ölüb.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Hacılı kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri 1957-ci il təvəllüdlü Musayev Tanrıverdi Əhməd oğlu 1957-ci il təvəllüdlü həyat yoldaşı Musayeva Maya Xəlil qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərləniblər.
Hər iki şəxs hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.












