Gəncədə piyadanı maşın vurub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolun qarşı tərəfinə keçmək istəyən 1989-cu il təvəllüdlü Amin Əliyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.













