Kino Agentliyi bu şirkətə 518 min manat ödəyəcək – 3 gün sonra tədbirdirbackend

Kino Agentliyi bu şirkətə 518 min manat ödəyəcək – 3 gün sonra tədbirdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

NOCOMMENT.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mozg Media Group” MMC olub.

Qeyd edək ki, “Mozg Media Group” Kino Agentliyinin sifarişi əsasında 3 gün sonra Bakıda keçiriləcək “Baku Cinema Breeze 2025” film festivalı çərçivəsində tədbirlərin təşkili xidmətlərini göstərəcək. Göstəriləcək xidmətlərin qarşılığında Agentlik MMC-yə 517 min 902 manat ödəyəcək.

Onu da bildirək ki, nizamnamə kapitalı 53 min 540 manat olan “Mozg Media Group” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Mirzəzadə Zaur Mübariz oğludur.

Məlumat üçün qeyd edək ki, 1983-cü il təvəllüdlü Zaur Mirzəzadə prodüser, kino prodüseri, kinorejissor, ssenari müəllifi kimi tanınıb. 2018–2019-cu illərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsində şöbə müdiri vəzifəsində çalışıb.