Ukrayna və ABŞ nümayəndə heyətlərinin dünənki danışıqlarında ən çətin məsələ ərazi mübahisəsi olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında bəyan edib.
“Təkcə ərazi məsələsi ilə bağlı 6 saat yarım müzakirələr aparılıb”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, hazırkı sülh planı ilkin 28 bəndlik variantdan daha yaxşı görünür.
Ukrayna lideri həmçinin Rusiyanın Kupyanskı nəzarətə götürdüyü barədə iddiaları təkzib edib: “Moskva bəyan edir ki, ordusu şəhərlərə daxil olub, amma onlar hələ də bizim nəzarətimizdədir. Kupyansk bizim nəzarətimizdədir. Şübhəsiz ki, Rusiyanın bir neçə hücum əməliyyatı var, lakin heç biri uğurlu olmayıb.”













