Qaynar xəttə daxil olan məlumata görə, “Şirvanşah” restoranının qarşısındakı dayanacaq sahəsi restoran rəhbərliyi tərəfindən qanunsuz olaraq zəbt edilib.
NOCOMMENT.az patrul.az-a istinadən xəbər verir ki, həmin ərazi rəsmi şəkildə AzParking-ə məxsus olsa da, restoran əməkdaşları parkinqi yalnız öz müştəriləri üçün “özəlləşdirərək” digər sürücülərin avtomobil saxlamasına imkan vermirlər.
Vətəndaşların sözlərinə görə, restoran işçiləri xidmət göstərmədikləri şəxslərin parkinqdən istifadə etməsinə icazə vermir. Bu isə açıq şəkildə qanunsuzluq və yol hərəkəti qaydalarının pozulması hesab olunur.
Ümid edirik ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görüləcək.
















