Mehriban Xanlarova niyə görə işdən çıxarılıb?backend

Mehriban Xanlarova niyə görə işdən çıxarılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Öz ərizəsi və müraciəti əsasında əməkdar artist Mehriban Xanlarova ilə əmək müqaviləsinə xitam verilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kult.az-a Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib.

Qurum əlavə açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin daha 6 ay vəzifəsində saxlanılmasına etiraz olaraq işdən çıxmaqla bağlı ərizə verdiyini bildirmişdi. Azdramdan ərizəyə 1 ay müddətində baxılacağı bildirilsə də, 3 gün ərzində M.Xanlarovanın işdən çıxmaqla bağlı istəyi təmin edildi.

M.Xanlarova isə ərizəsinin qəbul edilməsindən təəccübləndiyini gizlətmədi və bunu gözlənilməz adlandırdı.

Bizi Facebookda izləyin