Gecə vaxtı vəhşilik: Vətəndaşın evinə icazəsiz girib sökürlər – VİDEObackend

Gecə vaxtı vəhşilik: Vətəndaşın evinə icazəsiz girib sökürlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir vətəndaş bildirir ki, ona məxsus olan evə gecə saatlarında icazəsiz daxil olunub və heç bir rəsmi xəbərdarlıq edilmədən söküntü işlərinə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, ev nə satılıb, nə də hər hansı razılaşma əldə olunub. Buna baxmayaraq, əraziyə daxil olan şəxslər mülkiyyət sahibinə heç bir məlumat vermədən evi dağıtmağa başlayıblar.

Vətəndaş iddia edir ki, həmin şəxslər sakinlərin etirazlarına məhəl qoymayaraq söküntünü davam etdiriblər. Hadisə yerinə toplaşan insanlar nə baş verdiyini anlamadan, prosesin qarşısını almaqda aciz qalıblar.