Son aylarda Xaçmazda müxtəlif adlarda fəaliyyət göstərən pubların sayı sürətlə artıb.
NOCOMMENT.az xəbər verir ki, şəhərin mərkəzi və kənar ərazilərində açılan yeni obyektlər yerli əhali arasında ciddi narazılıq yaradıb.
Sakinlərin sözlərinə görə, bəzi publarda gecə saatlarında xoşagəlməz hallar, səs-küy və sosial-əxlaqi narahatlıq doğuran vəziyyətlər müşahidə olunur.
Yerli ictimaiyyət hesab edir ki. şəhərin mədəni mühitinə uyğun olmayan fəaliyyət göstərən obyektlərə qarşı tədbirlər görülməli, gənclərin belə yerlərdə vaxt keçirməsinin qarşısı alınmalıdır

















