Ermənistan ötən ilin dekabrında Rusiyadan sifariş verdiyi “Tor-M2KM” zenit-raket kompleksi bu gün Azərbaycan ordusu tərəfindən məhv edilib.
NOCOMMENT-in məlumatına görə, ötən ilin dekabrında Ermənistanın “Tor-M2KM” zenit-raket kompleksini alması ilə bağlı məlumatı Nikol Paşinyan özü sosial media hesablarından bildirmişdi. Paşinyan hərbi avadanlığın önündə selfi çəkidirərək paylaşmışdı.
Paşinyan Ermənistanın “Tor-M2KM” ZRK-nin Hindistandan sonra ikinci istifadəçisi olduğunu da bildirmişdi.
Müdafiə Nazirliyindən trend-ə verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bunlardan biri də “Tor-M2KM” raket kompleksidir.