İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşdə Vaşinqtonun İranın raket obyektlərinə zərbə endirməsinə razılıq verməsinə çalışacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Nəşrin yazdığına görə, Netanyahu həmçinin ABŞ-ın Qəzza ilə bağlı mövqeyini sərtləşdirməsini və HƏMAS-ın tam şəkildə tərksilah olunacağına dair təminat əldə etməyi planlaşdırır.
Bununla belə, mənbələr qeyd edirlər ki, bu təşəbbüslərin dəstəklənməsi ehtimalı aşağıdır. Çünki Tramp eskalasiyadan yayınmağa və diplomatik həll yollarına üstünlük verməyə çalışır.













