Britaniyalı boksçu Entoni Coşua Nigeriyada ağır qəzaya düşüb.
NOCOMMENT.az unikal.az-a istinadən xəbər verir ki, onun idarə etdiyi Lexus SUV avtomobili magistral yolda park edilmiş yük maşını ilə toqquşub. Digər iki sərnişin hadisə yerində ölüb.
Coşua 91 kq-dan yuxarı çəki kateqoriyasında 2012-ci il Olimpiya çempionu, keçmiş IBF, WBA, WBO və IBO ağır çəkili çempionudur. O, Britaniya İmperiyası ordeni ilə təltif edilib.













