Novqorod vilayətində Rusiya prezidentinin dövlət iqamətgahına Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə hücum cəhdi edildiyi bildirilir.
NOCOMMENT.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, hadisə dekabrın 29-na keçən gecə baş verib və ümumilikdə 91 PUA hücuma cəlb olunub.
Onun açıqlamasına əsasən, bütün dronlar hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Lavrov qeyd edib ki, baş verənlərə baxmayaraq, Rusiya danışıqlar prosesindən çıxmaq niyyətində deyil, lakin mövqeyinə yenidən baxacaq. Nazir eyni zamanda vurğulayıb ki, dövlət iqamətgahına hücumdan sonra Moskvanın cavab zərbəsinin hədəfləri və vaxtı artıq müəyyənləşdirilib.













