“Onların 85%-i buna qarşıdır” – Zelenskibackend

“Onların 85%-i buna qarşıdır” – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna cəmiyyətinin sülhə baxışı və ərazi bütövlüyü ilə bağlı son sorğuların nəticələrini paylaşıb.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri “Fox News” telekanalına verdiyi müsahibədə deyib.

O, müsahibəsində Donald Trampın sülh təşəbbüsləri fonunda Ukrayna xalqının mövqeyini izah edib:

“Prezident Tramp bildirdi ki, sorğulara görə əhalinin 87%-i sülh istəyir. Mən isə qeyd etdim ki, bəli, əhalinin 87%-i sülhü dəstəkləyir, lakin, eyni zamanda ukraynalıların 85%-i də qoşunların ölkənin şərqindən – Donbasdan (Donetsk və Luqansk vilayətləri – red.) çıxarılmasının qəti əleyhinədir. İnsanlar sülh istəsələr də, bu, yalnız ədalətli şərtlər daxilində olmalıdır. Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması xalq üçün qəbuledilməz və ən pis ssenaridir”.

Xatırladaq ki, Zelenski hazırda ABŞ-də Donald Tramp ilə 20 bəndlik sülh planı üzərində müzakirələrini davam etdirir.