İran ərazisində tapılan balıqçı Turan Həsənovun meyiti Azərbaycana təhvil verildi – VİDEObackend

İran ərazisində tapılan balıqçı Turan Həsənovun meyiti Azərbaycana təhvil verildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti Azərbaycana verilib.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi məlumata görə, iki gün əvvəl Xəzər dənizinin İran ərazisində naməlum meyitin tapılması barədə məlumat yayılıb.

Aparılan araşdırmalar və geyim əlamətləri əsasında müəyyən edilib ki, meyit Astara rayonunun Şahağac kənd sakini, balıqçı, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğluna məxsusdur.

Meyitin qarşı tərəfdən təhvil verilməsi ilə bağlı müvafiq danışıqlar aparılıb və bu gün Turan Həsənovun nəşi Azərbaycana gətirilib.

Meyit daxili və xarici müayinələrin aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Qeyd edək ki, dekabrın 19-da Astara rayonunun Şahağac kəndi yaxınlığında digər balıqçı — 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb. Hər iki balıqçı dekabrın 9-da səhər saatlarında balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxmış və itkin düşmüş hesab edilirdi.

Aidiyyəti qurumlar tərəfindən onların tapılması üçün 10 gün ərzində dənizdə və havadan axtarış tədbirləri aparılıb.