MTK-ya komendant pulu vermək məcburidirmi? – Sakinləri maraqlandıran əsas sualbackend

MTK-ya komendant pulu vermək məcburidirmi? – Sakinləri maraqlandıran əsas sual

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yaradılarsa, MTK-ların ümumiyyətlə heç bir səalahiyyətləri qalmayacaq. Bu fikirlər neçə müddətdir ki, cəmiyyət arasında dolaşır. Ancaq reallıqda nə MMC-lər yaradılır, nə də ki, MTK-lar sıradan çıxır. Əziyyət çəkən isə sakinlər, vətəndaşlar olur.

Bəs vətəndaşlar MTK- ya komendant pulu ödəməlidirmi? Bu, nə dərəcədə qanunidir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Elşad İsayev bildirib ki, bina sakinləri birləşərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yarada bilərlər.

“MMMC-lər çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. Bu qurum qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. MMMC-lərin yaradılması üçün çoxmənzilli binanın ümumi yığıncağı keçirilir və sadə səs çoxluğu ilə qərar verilir. Bunun üçün binanın sahə mülkiyyətçilərinin 50%-dən çoxu prosesdə iştirak etməlidir. Yəni əgər binada 100 mülkiyyətçi yaşayırsa, bu halda MMMC yaradılması üçün yığıncaqda 51 mülkiyyətçi (50%+ 1 mülkiyyətçi) olmalıdır. MMMC-nin idarəetmə orqanları üzvlərin ümumi yığıncağı, idarə heyəti və maliyyə təftiş komissiyasından (müfəttişi) ibarətdir. İctimai təşkilatlarda olduğu kimi, ali idarəetmə orqanı ümumi yığıncaqdır.

Ümumi yığıncaq iki il müddətinə idarə heyətini və maliyyə təftiş komissiyasını seçir.

Yəni bina tikildi, 50-80 faiz məskunlaşma oldu, artıq MTK ləğv olunmalıdır. İdarəçilik isə sakinlərə verilməlidir”.

“MTK-lar qanunvericilikdə nəzərdə tutulmuş bir ay ərzində ləğv edilməzsə və ya MMMC-yə çevrilməsi barədə qərar qəbul edilməzsə, bu halda vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 5000 manat məbləğində cərimə edilir. Nəticə etibarıilə komendant pulu ödənilməməlidir”, – ekspert yekunlaşdırıb.