“Ağ Şəhər”də yeni “mall” istifadəyə veriləcək.
NOCOMMENT.az xəbər verir ki, kompleksin mərkəzində “Baku City Mall”ın sakinlərin və turistlərin istifadəsinə verilməsi planlaşdırılır.
Bildirilib ki, ötən gün açılışı olan piyada körpüsünün keçidlərindən biri ticarət-əyləncə mərkəzinin 3-cü mərtəbəsi ilə əlaqələndiriləcək. Bununla insanların daha rahat hərəkətini təmin etmək mümkün olacaq.
Hazırda “Baku City Mall”un tikintisinə hazırlıqlar gedir, burada çoxsaylı brend mağazalar, restoranlar, kafelər, boulinq meydançaları və əyləncə zonaları, eləcə də şəhərə mənzərəsi olan terraslar olacaq.
Qeyd edək ki, ötən il “Ağ Şəhər”də “City Park Mall” adlı mərkəz də istifadəyə verilmişdi.




















