Ucarda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
NOCOMMENT.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı–Qazax magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Araz Ayaz oğlu Məmmədov idarə etdiyi “Chevrolet Cruze” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada — Ucar rayon sakini, 1962-ci il təvəllüdlü Zili Baba qızı Verdiyevanı vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.













