5 il əvvəl şəhərin mərkəzi küçələrindən birində yeni mənzil alan sakinlər illərdir ki, çıxarış ala bilmədiklərini bildirirlər.
NOCOMMENT.az xəbər verir ki, söhbət Yasamal rayonu, Moskva prospektində yerləşən 3168-ci məhəllədən gedir.
Sakinlər bu problemlə bağlı Real TV-nin qaynar xəttinə müraciət ediblər. Onların sözlərinə görə, bütün ödənişlər edilsə də, mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd – çıxarış hələ də təqdim olunmayıb.
Məsələni yerində araşdırmaq və problemi işıqlandırmaq üçün çəkiliş qrupu həmin ünvana üz tutub.
Daha ətraflı videomaterialda:













