Hər bayramda olduğu kimi bu dəfə də ən çox sevinən uşaqlardır.
Valideynlər də onların sevincinə qoşulublar.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, yeni il atributları, şam ağacları və digər bayram rəmzləri, eləcə də effektləri insanlara əsl Yeni il ab-havası yaşadır.
Paytaxt sakinlərinin ən çox baş çəkdiyi Dənizkənarı Milli Parkda yeni il münasibətilə qurulan yarmarka, buz meydançası hamının diqqət mərkəzindədir.
Şəhərdə bayramla bağlı görülən bütün işlər, işıqlandırmalar, dekorasiyalar, eləcə də bayram yarmarkaları yanvar ayının ortalarına qədər vətəndaşların ixtiyarında olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













