Baku TV-nin qaynar xəttinə “Karaca” mağazası ilə bağlı şikayət daxil olub.
NOCOMMENT.az xəbər verir ki, şikayətçi Ləman Abbaslı bildirir ki, “Karaca” mağazasından 3 min manatlıq alış-veriş edib və bu zaman ona hədiyyə vəd olunub:
“Dedilər ki, çox alış etdiyimə görə 6-7 ədəd ütü hədiyyə verəcəklər. Kredit şöbəsinə yaxınlaşdım, dedilər ki, hədiyyələri indi verməyəcəyik, 18 ay tamam olanda gəlib götürəcəksiniz”.













